» » İranda dini mərkəzə hücum edilib: ölən var

İranda dini mərkəzə hücum edilib: ölən var

İranda dini mərkəzə hücum edilib: ölən var

Naməlum şəxslər toplaşanlara atəş açıb.

İranın Dizful şəhərində yas mərasimi keçirilən şiə dini mərkəzinə silahlı hücum zamanı iki nəfər həlak olub və daha iki nəfər yaralanıb, Frans press agentliyi məlumat yayıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə RİA Novosti xəbər verir.

“Naməlum şəxslər toplaşanlara atəş açıblar, iki nəfər həlak olub, daha iki nəfər yaralanıb”, - agentlik Rahman Moussavinin sözlərindən sitat gətirib.

Daha öncə Səudiyyə Ərəbistanının şərqində Sayhat şəhərində naməlum şəxslər tərəfindən şiə müsəlmanların yığıncaqlar etdiyi dini mərkəzin yaxınlığında açılan atəş zamanı beş nəfərin öldüyü bildirilmişdi. Səudiyyə Ərəbistanının silahlı qüvvələri hücum edənləri məhv ediblər. Asayiş keşikçiləri hücumda iştirak edən iki nəfəri saxlayıblar.