» » Apple patent hüququnu pozduğuna görə 234 milyon dollar ödəyəcək

Apple patent hüququnu pozduğuna görə 234 milyon dollar ödəyəcək

Apple patent hüququnu pozduğuna görə 234 milyon dollar ödəyəcək

İstifadə edilən prosessorlar Viskonsin məzunlarının patent hüququnu pozur.

Amerika məhkəməsi Apple korporasiyasının Medisonda yerləşən Viskonsin universitetinin patent hüququnu pozduğuna görə 234 milyon dollar cərimə edib, Business Insider məlumat yayıb.

ucarliyiq.biz bu barədə “Qazeta”ya istinadən xəbər verir.

Sənədlərə görə, bəzi IPhone və IPad modellərində A7, A8 və A8X prosessorların istifadə edilməsi Viskons məzunları tədqiqat fondunun (WARF) 1998-ci ildəki patent hüququnu pozur.

Qeyd edilir ki, 3,5 saatlıq iclasdan sonra Medison məhkəməsi fondun iddia tələbini təmin edib, 2014-cü ilin yanvar ayında irəli sürülən iddianın məbləği 400 milyon dollar olub.

Daha öncə Apple-nin 862 milyon dollar cərimə edilə biləcəyi xəbər verilmişdi.