» » Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq olundu

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq olundu

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq olundu

“Tədbirlər kompleksi həyata keçirilir”.

Dağıstanın Xasavyurt rayonunun Novaya Kuruş, Betayurt və Sadovaya kəndlərində şənbə günündən etibarən terror əleyhinə əməliyyat (TƏƏ) hüquqi rejimi tətbiq edilir.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə “İnterfaks”a Dağıstanın əməliyyat qərargahından bildiriblər.

“Qanunsuz hərbi formalaşmaların iştirakçılarının və onların əlbirlərinin axtarışı və zərərsizləşdirilməsi istiqamətində tədbirlər kompleksi həyata keçirilir”,- qərargah nümayəndəsi bildirib.

Oktyabrın 10-da Milli Antiterror Komitəsi Dağıstanın Untsukul rayonunun Gimrə kəndində üç yaraqlının məhv edilməsi haqqında məlumat vermişdi.

Milli Antiterror Komitəsinin məlumatına görə, məhv edilmiş yaraqlılar Gimrə bandasının tərkibinə daxil idilər. Onların bir sıra terroryönümlü cinayətlərin törədilməsinə, eləcə də hüquq-mühafizə orqanı əməkdaşlarına hücum və sahibkarlardan iri məbləğdə pul almaq ilə bağlı cinayətlərə aidiyyatları var idi.