» » Hindistanda iki yaşlı qızı zorladılar

Hindistanda iki yaşlı qızı zorladılar

Hindistanda iki yaşlı qızı zorladılar

Hadisə paytaxt Dehlidə baş verib.

Hindistanın paytaxtı Dehli şəhərində polis azyaşlı qızın zorlamasında şübhəli bilinən iki 17 yaşlı gənci saxlayıb.

ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir ki, təzə iki yaşı tamam olan uşaq oktyabrın 16-da təcavüzə məruz qalıb.

Cinayətkarların saxlanılması üçün 15 axtarış-əməliyyat qrupu yaradılıb, 250-dən çox yerli sakinlə sorğu-sual aparılıb.

İstintaqın versiyasına görə, 2 yaşlı qızı rayonda elektrik enerjisinin verilməsində 10 dəqiqəlik fasilə yarandıqda oğurlayıblar. 

Azyaşlını onun ailə üzvləri yaxınlıqdakı parkda huşsuz və qan içində tapıblar. 

Hal-hazırda o yerli xəstəxanaların birinə yerləşdirilib.