» » ABŞ İrana qarşı sanksiyaları ləğv edir

ABŞ İrana qarşı sanksiyaları ləğv edir

ABŞ İrana qarşı sanksiyaları ləğv edir

Obama tapşırıq verdi.

ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razılaşmalara müvafiq olaraq, bu ölkəyə qarşı tətbiq edilmiş Amerika sanksiyalarının ləğvi üçün bütün zəruri tədbirləri həyata keçirmək barədə tapşırıq verib, NewYorker dərgisinin müxbiri Robin Rayt öz Tvitter səhifəsində bildirib.

ucarliyiq.biz xəbər verir ki, sanksiyalar beynəlxalq vasitəçilərin İranla razılaşmasının müddəalarına uyğun olaraq götürüləcək.

Bundan əvvəl bildirilirdi ki, İranın nüvə proqramı üzrə sövdələşmə oktyabrın 18-dən rəsmən qüvvəyə minir.

İyulda İran və vasitəçi ölkələrin "altılığı" nüvə proqramı üzrə razılıq əldə ediblər. İran prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə razılaşması müharibə üzərində qələbəyə gözəl nümunədir.