» » Aviazərbə nəticəsində İŞİD-in 40 yaraqlısı məhv edildi

Aviazərbə nəticəsində İŞİD-in 40 yaraqlısı məhv edildi

Aviazərbə nəticəsində İŞİD-in 40 yaraqlısı məhv edildi

Aviahücum bazar gününə keçən gecə həyata keçirilib.

Suriyada “İslam dövləti” (İŞİD) terror qruplaşmasının avtomobil karvanına vurulan aviazərbə nəticəsində ən azı 40 islamçı məhv edilib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə lenta.ru BBC News-a istinadən xəbər verir.

Aviahücum bazar gününə keçən gecə, Hama əyalətində həyata keçirilib. 16 avtomobildən ibarət karvan hücuma məruz qalıb. Nəticədə maşınlar məhv edilib.

Suriya insan haqları üzrə rəsədxana təşkilatının rəhbəri Rami Abdel Rahmanın sözlərinə görə, aviazərbənin Rusiya hərbçiləri və ya Suriya ordusu tərəfindən yerinə yetirilməsi haqqında məlumatı yoxdur.

“Bununla yanaşı, təyyarələr Vaşinqtonun rəhbərlik etdiyi koalisiyaya mənsub deyil”, - Rahman bildirib.

Rahmanın sözlərinə görə, hadisə yerində külə dönmüş cəsədlər tapılıb.

Oktyabrın 16-da Suriyanın briqada generalı Əli Mayhub bəyan edib ki, Suriya silahlı qüvvələri Sirmaniya qəsəbəsində terror qruplaşmasını və Rusiyada qadağan edilmiş İŞİD təşkilatının Tamanda komanda məntəqəsini tamamilə məhv ediblər.

O, həmçinin əlavə edib ki, Rusiya Hava kosmik qüvvələrinin aviazərbələri ilə Rakka vilayətində 30-a yaxın yaraqlı məhv edilib.