» » Sabah Milli Məclisin son iclası keçiriləcək

Sabah Milli Məclisin son iclası keçiriləcək

Sabah Milli Məclisin son iclası keçiriləcək

İclasın gündəmində 33 məsələ yer alıb.

Sabah Milli Məclisin IV çağırışının son iclası keçiriləcək.

ucarliyiq.biz qurumun saytına istinadən xəbər verir ki, iclasın gündəminə 33 məsələ daxil edilib.  

İclasın gedişatında “Azərbaycan Respublikasının 2016-cı il üçün Dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət sosial inkişaf Fondunun 2016-cı il üçün büdcəsi haqqında”, Azərbaycan Respublikasında 2016-cı ildə yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün yoxsulluq meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi planlaşdırılıb.  

Gündəmə Azərbaycanın bir neçə ölkə ilə imzalanmış razılaşmaların təsdiqi, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclərinin smetasının müzakirəsi daxil edilib.

Eyni zamanda bir sıra məcəllələrə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

MM həmçinin Bakı və Gəncə Apellyasiya məhkəmələrinə hakimlərin təyinatı məsələsini nəzərdən keçirəcək.