» » Rusiyada merin müavini və elektrik şəbəkələrinin rəhbəri öldürüldü

Rusiyada merin müavini və elektrik şəbəkələrinin rəhbəri öldürüldü

Rusiyada merin müavini və elektrik şəbəkələrinin rəhbəri öldürüldü

Qətli törətməkdə şübhəli bilinənin kimliyi müəyyənləşdirilib.

Moskva ətrafı Krasnoqorskda Krasnoqorsk bələdiyyə administrasiyasının birinci müavini Yuri Karaulov, eləcə də onunla bərabər Krasnoqorsk elektrik şəbəkələrinin rəhbəri Goergi Ktlyarenko xidməti kabinetində güllələnib.

ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir.

“Krasnoqorsk bələdiyyə administrasiyasının birinci müavini, eləcə də Krasnoqorsk elektrik şəbəkələrinin rəhbəri öz xidməti kabinetində güllələnib”,- Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

Regionun hüquq-mühafizə orqanlarından olan mənbəsinin məlumatına əsasən qətli törətməkdə şübhəli bilinənin kimliyi müəyyənləşdirilib:

“İlkin olaraq müəyyən edilib ki, nahar vaxtı məmurun kabinetinə, obyektlərin inşaatı ilə məşğul olan yerli sahibkar daxil olub. Daha sonra onun hər iki kişiyə avtomatik silahdan atəş açması və hadisə yerindən öz avtomobili ilə qaçması ehtimal edilir”, - Markin bildirib.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, ehtimal edilən cinayətkarın adı Amiran Georqadzedir. Sahibkarın adına 20 şirkət qeydiyyatdan keçirilib, onların əksər hissəsi inşaat sahəsində fəaliyyət göstərir.

Cari fakt üzrə iki şəxsin qətlə yetirilməsi və qanunsuz silah dövriyyəsi maddəsi üzrə cinayət işi açılıb. Hal-hazırda “Saxlanma” planı elan edilib.

TASS bu informasiyanın rəsmi təsdiqinə malik deyil.