» » Davudoğlu: Türkiyə qaçqınlar üçün düşərgəyə çevrilməyəcək

Davudoğlu: Türkiyə qaçqınlar üçün düşərgəyə çevrilməyəcək

Davudoğlu: Türkiyə qaçqınlar üçün düşərgəyə çevrilməyəcək

“Bizim maddi tələbatımız arta bilər”.

Türkiyə qaçqınları ölkədə saxlamaq niyyətində deyil.

ucarliyiq.biz-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu barədə ölkənin baş naziri Əhməd Davudoğu Almaniya kansleri Angela Merkel ilə görüş zamanı bildirib.

“Heç kim Türkiyənin qaçqınlar üçün düşərgəyə çevriləcəyini gözləməsin”, - baş nazir bəyan edib.

Davudoğlu əlavə edib ki, Türkiyə “Bizə pul verin və onlar burada qalsın” prinsipini qəbul edə bilməz.

Xatırladaq ki, bundan əvvəl baş nazir ilə görüşən Almaniya kansleri Angela Merkel Avropa İttifaqının Türkiyəyə qaçqınların qəbulu üçün maddi yardım ayırmağa hazır olduğunu bildirib.

“Hal-hazırda söhbət əlavə 3 milyard avrodan gedir, lakin hələlik bu məbləğ tam müəyyən edilməyib. Bizim maddi tələbatımız arta bilər”, - İnterfax Türkiyənin baş nazirinin sözlərindən sitat gətirir.