» » Nəhəng asteroid Yer kürəsinə tərəf uçur

Nəhəng asteroid Yer kürəsinə tərəf uçur

Nəhəng asteroid Yer kürəsinə tərəf uçur

Səma cismi qəflətən peyda olub.

NASA mütəxəssisləri oktyabrın 31-də Yer kürəsinin yaxınlığından keçəcək asteroidi aşkar ediblər.

2015 TV145 adını alan səma cismi Havayda yerləşən avtomatik Pan-STARRS sisteminin vasitəsilə aşkar edilib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Gizmag məlumat yayıb.

Tədqiqatçılar qeyd ediblər ki, asteroid Yer kürəsindən 499 min km aralı məsafədə keçəcək, bu isə Yerin Ay ilə arasınakı məsafənin 1,3-nə bərabərdir.

Bununla yanaşı, səma cisminin sürəti saniyədə 35 km-dir. Müqayisə üçün bildirək ki, Çelyabinsk meteoriti saniyədə 19 km sürətlə hərəkət edirdi, ölçüsü isə 17 metrdən böyük deyildi.

Mütəxəssislərin hesablamalarına görə, 2015 TV145 asteroidinin diametri 280-dən 620 metrə qədərdir. NASA-da çalışan alimlər qeyri-sabit traektoriyası və yüksək sürəti ucbatından onu daha öncə aşkar edə bilməmişdilər. Buna baxmayaraq onların proqnozlarına görə, səma cismi Yer kürəsi üçün heç bir təhlükə daşımır.