» » Qandinin nəticəsi fırıldaqçılıqda ittiham edilir

Qandinin nəticəsi fırıldaqçılıqda ittiham edilir

Qandinin nəticəsi fırıldaqçılıqda ittiham edilir

O, biznesmenləri aldadıb.

Hindistanın əfsanəvi müstəqillik müdafiəçisi Mahatma Qandinin nəticəsi Cənubi Afrika respublikasında fırıldaqçılıq, qarət və sənədlərin saxtalaşdırılmasında ittiham edilir, News24 nəşri məlumat verib.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, o, 50 min rand müqabilində (3775 dollar) zaminə buraxılıb.

İstintaqın versiyasına görə, 45 yaşlı Aşiş Lata Ramqobin iki biznesmenə xəstəxanalar şəbəkəsini yataq ləvazimatı ilə təchiz etmək üçün 20 milyon randlıq (1 510 000 dollar) tenderi udduğunu bildirib.

O, Hindistandan ona üç konteyner kətan göndərildiyini bildirərək saxta sənədləri göstərib, sahibkarlara müştərək layihədə iştirak təklif edib. Hər iki yerli sakin 11,4 milyon rand (860 700 dollar) sərmayə yatırıblar. İstintaq müəyyən edib ki, heç bir tender keçirilməyib və Ramqobin biznesmenləri aldadıb.

Zaminin şərtinə görə, o, pasportunu hakimiyyətə təhvil verməli, Kvazulu-Natal əyalətini tərk etməməli və hər həftə müstəntiq ilə görüşməlidir.

Mahatma Qandi (1869-1948) Hindistanın Böyük Britaniyadan azad olması uğrunda hərəkatın əsas ideoloqlarından idi. O, zorakılığı istənilən formada pisləyirdi. Aclıq yolu ilə Qandi ən aşağı kastanın – toxunulmazların haqlarını qoruyurdu. Onun prinsiplərindən biri: “Nifrətə məhəbbətlə, yalana həqiqətlə, zorakılığa səbirlə qalib gəlin” idi.