» » Putindən ölüm hökmünü qaytarmağı xahiş edirlər

Putindən ölüm hökmünü qaytarmağı xahiş edirlər

Putindən ölüm hökmünü qaytarmağı xahiş edirlər

“Biz belə müraciət hazırlayırıq”.

Rusiya Federasiyası Kommunist partiyası Rusiya prezidenti Vladimir Putinə zorakı əməlləri ilə vətəndaşların ölümünə səbəb olan bir sıra cinayətkarlar üçün ölüm hökmünə moratorinin ləğv edilməsinə dair xahiş ilə müraciət edəcəklər, ucarliyiq.biz RİA “Novosti”yə istinadən xəbər verir.

Bu barədə Dövlət Dumasının deputatı, RF KP-nın hüquq xidmətinin rəhbəri Vadim Solovyov bildirib.

“Biz belə müraciət hazırlayırıq. Bu, son zamanlarda vəzifəli şəxslərə, müxtəlif səviyyəli deputatlara qarşı zorakılıq hallarının artması ilə əlaqədardır”, Solovyov deyib.

Oktyabrın 19-da Krasnoqorskun administrasiyasında Krasnoqorsk rayonunun rəhbərinin birinci müavini Yuriy Karaulov və Krasnoqorsk elektrik şəbəkələrinin rəhbəri Georgi Kotlyarenko qətlə yetiriliblər.

Bundan başqa, ehtimal edilən qatil Amiran Georqadze təsadüfi şahidi və biznes üzrə tərəfdaşını öldürüb.