» » İŞİD-çilər qadın paltarında Türkiyəyə keçirlər – FOTO

İŞİD-çilər qadın paltarında Türkiyəyə keçirlər – FOTO

İŞİD-çilər qadın paltarında Türkiyəyə keçirlər – FOTO

Onlar həmçinin saqqallarını da qırxırlar.

İŞİD terror təşkilatının yaraqlıları Suriyadan qonşu Türkiyəyə qaçırlar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ren.tv Daily Mail-ə istinadən məlumat yayıb.

Britaniyanın Daily Mail nəşrinin jurnalistləri, onların sərhəddi qaçqın adı altında keçdiklərini, bunun üçün saqqallarını qırxdıqlarını və bəzən isə qadın paltarı geyindiklərini aşkar ediblər.

Müxbirlər yüzlərlə istifadə edilmiş ülgüc və hərbi geyim tapıblar. Türkiyə hakimiyyəti ölkədə terroristik təhlükənin səviyyəsini artırıblar. Ankarada baş vermiş ikiqat terror aktının istintaqı zamanı yaraqlıların hazırlıq düşərgəsini tapmaq mümkün olub, bu düşərgədə yalnız böyüklər hazırlıq keçmirdilər. Saxlanılan 50 xaricinin yarısından çoxu uşaqlar olub.

Avropada təcili olaraq yeniyetmələrin terror təşkilatlarına cəlb edilməsinin qarşısını almaq məsələsini həll edirlər. Britaniyanın baş naziri Devid Kemeron, hətta ölkəni tərk etmək imkanını aradan qaldırmaq üçün yeniyetmələrin pasportlarını ləğv etmək kimi kəskin tədbirlərə hazırdır.  

İŞİD-çilər qadın paltarında Türkiyəyə keçirlər – FOTO

İŞİD-çilər qadın paltarında Türkiyəyə keçirlər – FOTO