» » KİV: Suriyada 3 Rusiya hərbçisi öldürülüb

KİV: Suriyada 3 Rusiya hərbçisi öldürülüb

KİV: Suriyada 3 Rusiya hərbçisi öldürülüb

“Ehtimal edilir ki, zərbələr müxalifət silahlıları tərəfindən endirilib”.

Suriyanın paytaxtı Dəməşq şəhərində üç Rusiya hərbçisi öldürülüb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Reuters öz mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, zərbələr Suriya ordusunun Latakiya əyalətində yerləşən mövqelərinə endirilib. Zərbələr zamanı daha bir neçə nəfərin yaralanıb.

Öldürülən rusiyalıların Suriya hökümət qoşunları tərəfində döyüşdükləri bildirilir. 

Rusiya Müdafiə nazirliyi Reutersin xəbərinə heç bir şərh verməyib. 

Suriya hökümətindəki mənbə bildirib ki, Latakiyadakı Nəbi Yunus postuna hücum zamanı 20-yə yaxın Rusiya hərbiçisi həmin postu qoruyurdu.

“Ehtimal edilir ki, zərbələr müxalifət silahlıları tərəfindən endirilib”, - mənbə qeyd edib.