» » Argentinada mer olmaq istəyən namizəd debat zamanı öldü

Argentinada mer olmaq istəyən namizəd debat zamanı öldü

Argentinada mer olmaq istəyən namizəd debat zamanı öldü

300 nəfər gənc hadisənin şahidi olublar.

Argentinanın Puerto-İquasu şəhərinin mer vəzifəsinə namizəd seçkiqabağı debatlar zamanı ürək tutmasından ölüb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə oktyabrın 20-də El Heraldo nəşri məlumat yayıb.

57 yaşlı Manuel Alvares yerli texnikumda çıxış edərkən özünü pis hiss edib. Siyasətçini dərhal xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyiblər. Şəhərin başçısı vəzifəsinə namizədin görüşünə gələn 300 gənc hadisənin şahidi olublar.

Alvares “Respublika təklifi” müxalifət partiyasının nümayəndəsi idi, partiyaya prezidentliyə namizəd Maurisio Makri başçılıq edir. Oktyabrın 25-də Argentinada prezident seçkiləri keçiriləcək, bir sıra əyalətlərdə qubernator və merlərə səs verəcəklər.