» » Şabranda xanım “jurnalist” yol polisindən qaçdı - VİDEO

Şabranda xanım “jurnalist” yol polisindən qaçdı - VİDEO

Şabranda xanım “jurnalist” yol polisindən qaçdı - VİDEO

32 sürücü barəsində inzibati tədbir görülüb.

Şabran Dövlət Yol Polisi (DYP) əməkdaşlarının keçirdiyi reydlər zamanı  maraqlı məqamlar yaşanıb.

ucarliyiq.biz İnter.az TV-yə istinadən xəbər verir ki, reyd zamanı ümümilikdə 32 sürücü barəsində inzibati tədbir görülüb.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 8 sürücü aşkarlanıb. 

Onlar arasında, hətta özünü “jurnalist” kimi qələmə verən və yol polisinə tabe olmayan şəxslər də olub.

Məlum olub ki, özünü jurnalist kimi təqdim edən xanım sürücü Günay İbadovadır. O, polisə heç bir sənəd təqdim etmədən nəqliyyat vasitəsini yolun hərəkət hissəsində qoyub və ərazidən uşaqlaşıb.
 
Polis əməkdaşları bir neçə dəfə ondan maşının açarını təqdim etməsini xahiş etsələr də, xanım sürücü onları dinləməyib. Nəhayət Günay İbadova maşının açarlarını yol patrul xidmətinin əməkdaşlarına verib və nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. DYP əməkdaşları ilə xanım sürücünün dialoqunun videosunu yayıb.