» » ABŞ ilk dəfə Avropada RƏM proqramı üzrə sınaqlar keçirdi

ABŞ ilk dəfə Avropada RƏM proqramı üzrə sınaqlar keçirdi

ABŞ ilk dəfə Avropada RƏM proqramı üzrə sınaqlar keçirdi

“Bu, hədəfi məhv etmək üçün raketin ilk buraxılışı idi”.

ABŞ Silahlı Qüvvələri Avropada ilk dəfə olaraq raket əleyhinə müdafiə (RƏM) proqramı üzrə sınaqlar keçirərək, Atlantik okeanda ballistik təlim raketini məhv edib. 

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Bu, idarə edilən “Stendart-3” Blok 1A raketinin qeyri-amerikan poliqonunda ilk buraxılışı və Avropa hərbi əməliyyatlar teatrında ilk ballistik raketinin vurulması olub”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilir ki, təlim ballistik raketinin buraxılışı Atlantik okeanında Şotlandiyanın qərb sahillərində yerləşən poliqonundan “Ross” eskadra minadaşıyıcısından həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Avropanın cənubunda NATO hərbi təlimlərinin fəal mərhələsinin başlandığı bildirilib.