» » Genri Kissincer: Nüvə qəzası qaçınılmazdır?

Genri Kissincer: Nüvə qəzası qaçınılmazdır?

Genri Kissincer: Nüvə qəzası qaçınılmazdır?

“Bizə Qərbin və Rusiyanın bəlkə də dünyanı xilas edə biləcək effektiv alyansı lazımdır”.

Wall Street Journal-da dünyada ən müdrik xarici siyasət analitiklərindən olan Genri Kissincerin “Yaxın Şərqi təhlükəli vəziyyətdən necə xilas etmək olar?” (“A path out of Middle East Collapse”) adlı məqaləsi dərc edilib.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu məqalə bütün dünyada diqqətlə təhlil edilir.

Kissincerin məqaləsinin əsas fikri belədir: “Əgər nüvə silahı (Yaxn Şərqdə) cəmlənərsə, dəhşətli nəticə praktiki olaraq qaçınılmaz olacaq”.

Barak Obama və Avropa İrana nüvə silahının yaradılması üçün imkan veriblər. Səudiyyə Ərəbistanı ona nüvə silahı satacaq təhizatçını axtarır. Pakistan bu silahı satır. Məgər biz hələ də “qaçınılmaz qəza” ərazisinə daxil olmamışıq?

Bizim dəlisov liberallarımız bu qəbiristanlıqdan Obamanı müdafiə etmək üçün keçirlər. Amma növbəti prezidentin belə şansı olmayacaq. Putin bu yaxınlarda “bəzi amerikalı məmurların başında beyin yerinə kəpək olduğunu” demişdi və bu heç də boş təhqir deyil.

Kissincer məqaləsinin əvvəlində Yaxın Şərqdə qüvvə tarazlığının süqutundan danışır. O, uzun və mürəkkəb cümlələr ilə yazdığı üçün onun əsas ideyalarına diqqət yetirməyin mənası var.

1. “Rusiyanın Suriyaya gəlməsi ilə qırx ilə yaxın mövcud olan geosiyasi struktur çökdü”.

2. Dörd Ərəb dövləti fəaliyyəti dayandırdılar: Liviya, Suriya, İraq və Yəmən. Onların hər biri, şəriət qanunları ilə yaşayan qlobal xəlifət olmağa çalışan İŞİD tərəfindən zəbt olunmaq təhlükəsi qarşısındadır.

3. ABŞ və Qərbə düşünülmüş strategiya lazımdır. Bu strategiya indi bizdə yoxdur.

4. İranı normal dövlət hesab etmək, xəyalı gerçək kimi qəbul etmək deməkdir. Zamanla o belə bir dövlət ola bilər. Amma bu gün İran “Armagedona gedən yola” çıxıb.

İsrail dünyanın digər əksər dövlətləri kimi burulğana cəlb edilmiş olub, Rusiya məhz buna görə, Suriyada hərbi intervensiyaya gedib. Putin ilk növbədə Rusiyanı müdafiə edir.

5. “İŞİD mövcud olduğu və coğrafi müəyyən edilmiş ərazilərə nəzarət etdiyi qədər, Yaxın Şərqdə gərginliyi saxlayacaq... İŞİD-in məhv edilməsi Bəşər Əsədin devrilməsindən daha təcili məsələdir”.

6. “ABŞ bu hadisələrdə Rusiyanın hərbi iştirakına yol verib” (Vladimir Putin İkinci Dünya Müharibəsi zamanında olan alyansın nümunəsində yeni Rusiya və Qərb Alyansının yaradılmasını təklif edib).

Qərbdə ümumi siyasi iradənin ümumi çatışmazlığını nəzərə alaraq, Putinin fəaliyyətinin strateji şəffaflığı şəraitində bu alyans yaxşı nəticələr verə bilər.

Kissincer bunu qeyd etməyib, amma Putin ekstremistlərin onun cənub sərhədlərində getdikcə nüvə silahına yaxınlaşmalarını müşahidə edib. Putin sərt Rusiya üsulu ilə çeçen ekstremistlər ilə mübarizədə ən yüksək pilləyə çatıb. Bu gün minlərlə çeçen İraq və Suriyada İŞİD sıralarına daxil olub və bu insanlar tezliklə Rusiya və Çeçenistana qayıda bilərlər.

Təsəvvür edin ki, sərhədlərinizdə minlərlə fanatik kamekadze peyda olub, və o zaman Moskvanın yaranan vəziyyəti necə qiymətləndirdiyini anlayarsız.

Nəticə: Yaxın Şərqdə qaynar nüvə yarışının “qəzasından” qaçınmaq üçün bizə Qərb və Rusiyanın bəlkə də dünyanı xilas edə biləcək effektiv alyansı lazımdır.