» » Bəşər Əsəd Moskvaya gəldi

Bəşər Əsəd Moskvaya gəldi

Bəşər Əsəd Moskvaya gəldi

“Danışıqların mövzusu tamamilə aydındır”.

Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfərə gəlib və Rusiya Federasiyasının prezidenti Vladimir Putin ilə görüşüb.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, görüşdə Suriya silahlı qüvvələrinin dəstəklənməsi üzrə Rusiya əməliyyatlarının davamı ilə bağlı məsələ müzakirə edilib.

D.Peskov bildirib ki, görüş həm dar, həm də geniş formatda keçirilib. Geniş formatlı görüşdə RF ali rəhbərliyinin üzvləri iştirak edib.  

“Danışıqlar yetərincə davamlı olub, danışıqların mövzusu tamamilə aydındır”, - D.Peskov əlavə edib.