» » Fələstinli İsrail əsgərlərini bilərəkdən maşınla vurdu

Fələstinli İsrail əsgərlərini bilərəkdən maşınla vurdu

Fələstinli İsrail əsgərlərini bilərəkdən maşınla vurdu

Hücum edən şəxs də xəsarət alıb.

İordaniya çayının qərb sahilində avtomobilin sükanı arxasında olan fələstinli bilərəkdən bir qrup israilli hərbçiləri vurub, Associated Press məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, qəza nəticəsində dörd adam xəsarət alıb.

Hücum cinayətkarların israillilərin olduğu maşını daşa basmaları ilə başlayıb, hərbçilər maşından çıxmaq məcburiyyətində qalıblar. Bundan dərhal sonra hərbçilərin qrupuna fələstinlinin idarə etdiyi maşın çırpılıb.

Hücum edən şəxs də xəsarət alıb və xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, son həftələrdə İordaniya çayının qərb sahilində və Qüdsdə vəziyyət gərginləşib. Hər gün israilli və fələstinlilər arasında toqquşmalar barədə xəbər verilir.