» » Alimlər planetləri dağıdan “Ölüm ulduzu” kəşf etdilər

Alimlər planetləri dağıdan “Ölüm ulduzu” kəşf etdilər

Alimlər planetləri dağıdan “Ölüm ulduzu” kəşf etdilər

Yer kürəsindən təxminən 570 işıq ili məsafəsində.

Amerika astronomları iri planetin onu məhv edən uzaq ulduzun – “ağ cırtdan”ın ətrafında “ölüm spiralını” çəkərək dağıldığını görüblər.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalında bildirilib.

“Biz heç bir insanın görmədiyini – günəş sisteminin necə məhv edildiyini gördük”, - məqalənin müəllifi Andrew Vanderburg bildirib.

Kosmik Kepler teleskopu ilə müşahidə aparan astronomların dediklərinə görə, ilk olaraq 4 saat yarımdan bir adi ulduz axını başlayıb və o an həmin böyük obyekt öz ulduzundan təxminən 830 min kilometr məsafədə yerləşirmiş.

Ulduzun özü qız bürcündə, Yer kürəsindən təxminən 570 işıq ili məsafəsində yerləşir.

Digər teleskoplarla dolğun nəticə əldə edən alimlər orbitə yaxın uçan digər disklərin izlərini də tapıblar. İri obyekt ulduzun 40% parlaqlığını itirməsinə səbəb olub. 

Astrofiziklərin dediyinə görə, məhvedici “ağ cırtdan” ulduzu asteroid və planetləri udan selenium, sillisium və analoji çirklənmiş elementlərdən ibarətdir. Bəzən alimlər müşahidə zamanı ulduzun ətrafında mənşəyi bəlli olmayan disk qəlpələri də görüblər.  

Alimlərin təxmininə görə, orbitdəki planetlərdən biri qeyri-stabil olduğundan günəşə yaxınlaşıb və dağılmağa başlayıb.