» » Putin Rusiyanın Suriyadakı əməliyyatının məqsədini açıqlayıb

Putin Rusiyanın Suriyadakı əməliyyatının məqsədini açıqlayıb

Putin Rusiyanın Suriyadakı əməliyyatının məqsədini açıqlayıb

“Rusiyanın Suriyada keçirdiyi əməliyyat tam legitimdir”.

Rusiyanın Suriyada apardığı əməliyyatın yeganə məqsədi sülhün bərqərar olmasına dəstək verməkdir.

ucarliyiq.biz-ın Gazeta-ya istinadən məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” müzakirə klubunda iştirakı zamanı deyib.

Putin Rusiyanın Suriyada keçirdiyi əməliyyat tam legitim olduğunu bildirib.

“Suriya hökümətinin dəstək barədə müraciətindən sonra biz bu ölkədə hərbi əməliyyat keçirməyə qərar verdik. Bir daha qeyd edirəm ki, bu əməliyyat tam legitimdir. Onun yeganə məqsədi - sülhün bərqərar olmasına dəstək verməkdir”, - Putin deyib.

Putin bildirib ki, Rusiya həyata keçirdiyi hərbi əməliyyatlar rəsmi Dəməşqə siyasi nizamlanma sahəsində növbəti addımların atılması üçün zəmin yaradacaq.