» » Putin: Əgər dava qaçılmazdırsa, birinci vur

Putin: Əgər dava qaçılmazdırsa, birinci vur

Putin: Əgər dava qaçılmazdırsa, birinci vur

“Terroristlər prinsipcə Rusiyaya nifrət edirlər”.

Rusiya hərbçiləri Suriya ərazisində yalnız Suriya xalqının deyil, eləcə də rusiyalıların maraqlarını qoruyaraq həyatlarını riskə atırlar.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Soçidə “Valday” diskussiya klubunda çıxış edərkən bildirib.

“Əlbəttə, onlar səhhətləri və həyatları ilə risk edirlər. Mən onlarla fəxr edirəm. Onların hamısı əsl qəhrəmandır. Və əgər Allah eləməsin, itkilər... Hələ 50 il öncə Leninqrad küçəsi mənə qayda öyrədib: əgər təhlükə varsa, birinci vurmaq lazımdır. Terroristlər prinsipcə Rusiyaya nifrət edirlər”, - o bəyan edib.

Putin əlavə edib ki, terrorçular ilə Suriyada vuruşmaq daha yaxşıdır, nəinki Rusiya ərazisində. O, həmçinin ABŞ-ın aviasiya ilə mübarizə komplekslərinin Suriya müxalifətinə vermə imkanını səhv adlandırıb.

“Ümid edirəm ki, bu, baş verməyəcək. Bu, həmçinin Amerika təyyarəçiləri üçün də təhlükə yaradacaq, Amerika rəhbərliyi hər halda dərrakəli adamlardır”, - o izah edib.