» » Dövlət dumasının deputatı: Azərbaycanlılar ən yaxşı satıcılardır

Dövlət dumasının deputatı: Azərbaycanlılar ən yaxşı satıcılardır

Dövlət dumasının deputatı: Azərbaycanlılar ən yaxşı satıcılardır

“Mən Rusiyada azərbaycanlıların olmasına qarşı deyiləm”.

Azərbaycanlılar Rusiya bazarlarında rast gəldiyim ən yaxşı satıcılardır. Onlar heç vaxt alıcıları köhnə mal almağa məcbur etməyəcəklər, sizə lazım olmayanı verməyəcəklər, pulun qalığında aldatmayacaqlar.

ucarliyiq.biz xəbər verir ki, haqqin.az-a bu barədə RLDP partiyasından Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov Rusiya bazarlarında yerli fermer və satıcılara üstünlük verilməsi barədə parlamentə təqdim etdiyi qanun layihəsini şərh edərkən bildirib.

Rusiyalı deputat iddia edir ki, təklif edilən yeni qaydalar Rusiyada ticarətlə məşğul olan azərbaycanlılara toxunmur.

“Qanun layihəsi SSRİ tərkibinə daxil olmayan ölkələrin mühacirlərinə aiddir, bundan başqa, biz bazarları dövlətin nəzarətinə qaytarmağı təklif edirik. Hamı bilir ki, Rusiya bazarları bu gün rüşvətxor sxem və banditlərin nəzarəti altındadır.

Biz bazarları dövlət nəzarəti altına qaytararaq bu problemin kökünü kəsmək istəyirik. Qoy dövlət onların fəaliyyətini, eləcə də satıcılardan başlayaraq ticarət obyektlərini kuratorluq edənlərə qədər mühacirlərin sayını tamamilə reqlamentləşdirsin. Amma Rusiya vətəndaşları –azərbaycanlılara və Azərbaycan vətəndaşları – azərbaycanlılara bu qanun layihəsinin aidiyyatı yoxdur. Onların bunun üçün narahat olmalarına dəyməz”,- R.Xudyakov əmin edib.