» » ABŞ-da kişi onu öpən qarətçiyə atəş açdı

ABŞ-da kişi onu öpən qarətçiyə atəş açdı

ABŞ-da kişi onu öpən qarətçiyə atəş açdı

O, şalvarını geyinməyi çatdırıb.

Oreqon ştatında şəxsi evə girən və orada yatan kişiyə sataşan qarətçi saxlanılıb, Associated Press məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Portlandda oktyabrın 22-də baş verib. Cinayətkar evə girib və dəyərli əşyaları toplamağa başlayıb.

Sonra soyunub, kişi və qadının yatdığı yatağa uzanıb və kişini öpüb.

Zərərçəkən əlində bıçaq olan qarətçinin onun üstünə çıxmasından oyanıb. Kişi cinayətkarı yıxıb, tapançasını götürüb və ona atəş açmağa müvəffəq olub. Amma qarətçi qaçıb.

Polis cinayətkarı bir qədər aralıda yerləşən boş evdə saxlamazdan öncə, o şalvarını geyinməyi çatdırıb, serjant Pit Simpson qeyd edib.  

Şübhəli bilinən 32 yaşlı Riçard Defeduis onda narkotik asılılığının olub-olmamasının müəyyənləşdirilməsi üçün xəstəxanaya çatdırılıb. Daha sonra o, yaşayış evinə qanunsuz daxil olub, seksual təcavüz və qanunsuz silah tətbiq etmək ittihamları ilə həbs olunub.