» » Vyana kişiləri dikdaban ayaqqabıda gözəl gəzməyi öyrənirlər

Vyana kişiləri dikdaban ayaqqabıda gözəl gəzməyi öyrənirlər

Vyana kişiləri dikdaban ayaqqabıda gözəl gəzməyi öyrənirlər

Dikdabanda gəzmək kişilər arasında trend olacaq.

Qadınların dikdaban ayaqqabılarda gözəl gəzməyin sirlərinin öyrədildiyi Vyananın Top in Heels akademiyasında, kişilər üçün də analoji kurslar açılıb, The Local məlumat yayıb.  

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, yerli sakinlərin buna marağı “Eurovision” yarışmasından sonra yaranıb.

Kurslar Men In Heels adını alıb. Kurslar oktyabrın 30-dan başlayacaq və axşamlar keçiriləcək. 1,5 saat sürəcək dərslərin qiyməti 45 avrodur.

Təşkilatçılar ehtimal edir ki, dikdaban ayaqqabıda gəzmək bəşəriyyətin güclü cinsi arasında trendə çevrilə bilər. Kursları rəqqasə Mari-Kristin Şçerzer və dreq-kvin (bu termin səhnədə qadın obrazı yaradan kişi aktyorlar üçün işlədilir) Helmut Fiksl aparır.  

“Eurovision” mahnı müsabiqəsinin qalibi 2014-cü ildə avstriyalı müğənni Tom Noyvirt olub, o daha çox Konçita Vürst adı ilə məşhurdur. Səhnədə o qadın paltarında və saqqal ilə çıxış etmişdi.