» » Fransada qəza: 40-dan çox ölən var

Fransada qəza: 40-dan çox ölən var

Fransada qəza: 40-dan çox ölən var

Səkkiz nəfər yanan salondan çıxa bilib.

Fransanın cənubunda qəzada 42 nəfər həlak oldu.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Europia1 telekanalı məlumat yayıb.

Avtobus və yük maşınının toqquşduğu qəza ölkənin cənubi-qərbində Liburn şəhəri ətrafında Jironda departamentində baş verib.

Avtobus və yük maşınının üz-üzə toqquşması zamanı maşınların hər ikisi alışıb.

Yük maşınının sürücüsü və avtobusun 41 sərnişini ölüb, onların çoxu böyüklərdir.

Yeddi sərnişin və avtobus sürücüsü xilas ola biliblər, onlardan beşi müxtəlif dərəcəli xəsarətlər alıblar.

Telekanalın məlumatına əsasən, avtobusda ekskursiyaya gedən təqaüdçülər olub. Hadisə yerinə yanğınsöndürənlər göndərilib, bura həmçinin Jironda departamentinin perfekti də uçub.