» » Telman İsmayılovun borcu daha da artdı

Telman İsmayılovun borcu daha da artdı

Telman İsmayılovun borcu daha da artdı

Daha öncə həbs qoyulan aktivlərin 134 milyon dollar dəyərində olduğu bildirilmişdi.

Beynəlxalq London Arbitraj məhkəməsinin (LCİA) 14 oktyabr tarixli qərarı ilə Telman İsmayılov və onun Kipr şirkəti Tandum LTD Kiprin “Maqneziya” şirkətlər qrupuna daxil olan Sezaria LTD şirkətinə 2010 və 2011-ci ildə şəxsən Telman İsmayılovun zəmanəti ilə verilmiş borc üzrə 100 milyon dollar, eləcə də 40 milyon dollardan çox faiz və məhkəmə xərclərini ödəməlidir.  

ucarliyiq.biz bu barədə vedomosti.ru-ya istinadən xəbər verir.

“İsmayılovun şirkəti 2011-ci ilin ortalarında ödəməni dayandırıb. Maliyyə problemləri Ukraynada planlaşdırılmış layihələri həyata keçirmə imkanının olmaması ucbatından yaranmışdı”, Tandum-un baş direktoru Yuliya Qaydukova məhkəmədə bildirib.

Sezaria və Tandum borcların qaytarılması vaxtını 2013-cü ilin payızına qədər uzatmaq barədə razılığa gəliblər, amma o zaman da kreditora pul çatmayıb.

2014-cü ilin iyul ayında Sezaria, razılaşmanın şərtlərinə əsasən, tərəflər mübahisəli məqamları həll etmək üçün LCİA məhkəməsinə, eləcə də iddia üzrə tədbirlərin təminatı üçün Kiprdə Nikosiya məhkəməsinə müraciət edib.

2014-cü ildə Nikosiya məhkəməsi Tandum şirkətinin aktivlərinə həbs qoymaq barədə qərar qəbul edib və onun direktorunu Sezaria şirkəti tərəfindən vəzifəsi, aktivlərin qiymətləndirilməsi və borcun ödənilməsi olan əməkdaş ilə əvəz edib. Həbs qüvvədədir. Daha öncə həbs qoyulan aktivlərin 134 milyon dollar dəyərində olduğu bildirilmişdi.  

Tandum borc haqqında razılaşmalarda onların pozulma müddəti və şərtləri dəqiq göstərilmədiyi üçün onların etibarlı olmasını sübut etməyə çalışırdı. Şirkət eləcə də Kipr məhkəməsinin qərəzli qərarına istinad edirdi, belə ki, məhkəmənin qərarına görə, razılaşmanın birtərəfli pozulması digər tərəfə ciddi ziyan vurur. Amma, LCİA qərara alıb ki, qərəz kredit müqavilələrinə şamil edilə bilməz.

LCİA-nın qərarı 160 ölkədə tanınacaq və icra ediləcək, bu isə borclu olan və onlarla əlaqədar şəxslərlə səmərəli işə imkan yaradır.

İsmayılovun əmlakına, o cümlədən də Sezarianın iddiası ilə həbs qoyulmuş əmlakına digər kreditorlar da namizəddirlər.