» » Sabah dünya abidələri mavi rəngə boyanacaqlar

Sabah dünya abidələri mavi rəngə boyanacaqlar

Sabah dünya abidələri mavi rəngə boyanacaqlar

Kampaniya dünyanın təxminən 60 ölkəsində keçiriləcək.

Sabah BMT-nin 70-ci ildönümü münasibəti ilə 200 məşhur abidə – bina, muzey, körpü və digər memarlıq abidələri mavi işığa bürünəcək, un.org məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, aksiya Yeni Zelandiyadan start götürəcək.

Təşkilatın 70 illiyinə həsr edilmiş BMT Günü bayram kampaniyasına həsr edilmiş aksiya dünyanın təxminən 60 ölkəsində keçiriləcək.

Xatırladaq ki, mavi rəng Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngidir.

Aksiya Instagram, Facebook, Twitter, Weibo, Flickr və digər sosial şəbəkələrdə geniş işıqlandırılacaq.

Bütün dünyadan olan mavi rəngin işığına boyanmış abidələrin foto və videolarına BMT-nin multimediya resurslarından baxmaq mümkün olacaq.