» » Əhmədinejadın cangüdəni Suriyada öldürüldü

Əhmədinejadın cangüdəni Suriyada öldürüldü

Əhmədinejadın cangüdəni Suriyada öldürüldü

O rəsmi Dəməşqin silahlı qüvvələrinə kömək edirdi.

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın cangüdəni, İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti Suriyada Hələb şəhəri uğrunda gedən döyüşlərdə öldürülüb.

ucarliyiq.biz-ın xarici KİV-ə istinadən məlumatına görə, Abdulla Baker Niyaraki  müsəlmanların ziyarətgahını  İŞİD silahlılarından qoruyarkən öldürülüb. 

Niyaraki rəsmi Dəməşqin silahlı qüvvələrinin komandirlərinə İŞİD radikallarına qarşı əməliyyatların planlaşdırılmasında kömək edirdi.

Xatırladaq ki, hazırda Suriya ordusu Hələb şəhərinin qərb hissəsinə nəzarət edir. Şəhərin digər hissəsi isə müxtəlif silahlı qruplaşmaların əlindədir.