» » “Zara”nın təsisçisi dünyanın ən varlı insanı oldu

“Zara”nın təsisçisi dünyanın ən varlı insanı oldu

“Zara”nın təsisçisi dünyanın ən varlı insanı oldu

Onun sərvəti sutka ərzində 3,9 milyard artıb.

“Zara” mağazalar şəbəkəsinin təsisçisi, ispaniyalı biznesmen Amansio Orteqa ilk dəfə Forbes jurnalının dünyanın ən varlı insanların siyahısında birinci yerə yüksəlib.

ucarliyiq.biz-ın məlumatına görə, iş adamının sərvəti sutka ərzində 3,9 milyard artaraq 79,7 milyard dollara çatıb.

Microsoft təsisçisi Bill Qeyts 78,1 milyard dollarla 2 yerdə qərarlaşıb. Üçüncü isə 64,4 milyard dollar sərvətlə amerikalı iş adamı Uorren Baffetdir.

Qeyd edək ki, Amansio Orteqa “Zara” şirkətini həyat yoldaşı ilə birlikdə 1975-ci ildə açıb.