» » 300 min manat oğurlayan şirkət rəhbəri axtarışa verildi

300 min manat oğurlayan şirkət rəhbəri axtarışa verildi

300 min manat oğurlayan şirkət rəhbəri axtarışa verildi

Məmmədov iki ölkədə cinayət törədib.

Azərbaycanda 300 min manat mənimsəmədə ittiham olunan turizm şirkətinin rəhbəri beynəlxalq axtarışa verilib.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi məlumata görə,  İnterpolun saytında 35 yaşlı Əhməd Məmmədovun Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirildiyi bildirilir.

Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

Ə. Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin verdiyi məlumata görə, Ə. Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfində də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.