» » Əmirliklər: Neftin 50 dollar qiyməti bəşəriyyətə hədiyyədir

Əmirliklər: Neftin 50 dollar qiyməti bəşəriyyətə hədiyyədir

Əmirliklər: Neftin 50 dollar qiyməti bəşəriyyətə hədiyyədir

“Daha yüksək qiymət iqtisadi inkişafa zərbə olacaq”.

Abu-Dabinin İqtisadi inkişaf departamentinin rəhbəri Əli əl-Mansuri neftin bir bareli üçün 50 dollar qiyməti “bəşəriyyətə hədiyyə” adlandırıb, ucarliyiq.biz xəbər verir.

“Neftin qiymətinin bir barel üçün 50 dollara düşməsi bəşəriyyətə hədiyyədir. Onun 50 dollar səviyyəsində qalmasını istərdik mi? Əlbəttə, xeyr. Biz bir barel üçün qiymətin 70, 80 dollar olmasını görmək istərdik. Amma daha yüksək qiymət iqtisadi inkişafa zərbə olacaq”, - əl-Mansuri bəyan edib.

O, neftin dünya qiymətlərinin 50 dollardan 60 dollara qədər olduğu vəziyyəti bütün tərəflər və bazar iştirakçıları üçün sərfəli adlandırıb.

“Bu, istehlakçılar üçün iqtisadi artımı, qarşımızdakı beş il müddətində təzyiq altında qalacaq xammala olan qiymətlərin yardımı ilə inkişaf etdirmək imkanıdır”, - əl-Mansuri qeyd edib.

Amma bu neft hasilatı ilə məşğul olan ölkələrin iqtisadi inkişafında neqativ əksini tapacaq. Əl-Mansuri qeyd edir ki, xammal bazarlarının cari konyukturasında Birləşmiş Ərəb Əmirliklərinin büdcəsi və ÜDM gələn il üçün dəyişəcək.

Daha öncə neftin ucuz qiymətləri ucbatından Səudiyyə Ərəbistanının onlarla milyard dollar itirdiyi, və bunun ölkənin valyuta ehtiyatlarında neqativ əksini tapdığı barədə məlumat yayılmışdı.