» » “The National Interest”: Rusiya ordusu bu səbəbdən kağız pələngdir

“The National Interest”: Rusiya ordusu bu səbəbdən kağız pələngdir

“The National Interest”: Rusiya ordusu bu səbəbdən kağız pələngdir

“Rusiya ABŞ və onun müttəfiqləri ilə rəqabət apara bilməz”.

Amerikanın məşhur “The National Interest” nəşrində “Not So Scary: This Is Why Russia's Military Is a Paper Tiger” (“Elə də qorxulu deyil: Rusiya ordusu bu səbəbdən kağız pələngdir”) adı altında məqalə dərc edilib.

Bu publikasiyanın müəllifi Deyv Macumdar Rusiya silahlı qüvvələrinin vəziyyətini təhlil etməyə və onun fikrincə, maksimal şəkildə obyektiv təsvir yaratmağa çalışıb, ucarliyiq.biz “Voennoe obozrenie”yə (Hərbi icmal) istinadən xəbər verir.

D.Macumdar qeyd edir ki, Moskvanın Suriyadakı hərbi avantyurası Rusiya ordusunun qüvvəsinin doxsanıncı illərin ortalarında olan vəziyyət ilə müqayisədə artdığını nümayiş etdirir. Bununla yanaşı jurnalist, Rusiya silahlı qüvvələrinin əvvəlki kimi bir sıra problemlərlə üzləşdiyini xatırladır.

Macumdar xatırladır ki, Rusiya silahlanmasında ən döyüş qabiliyyətli strateji təyinatlı raket qoşunları, hərbi aviasiya və dəniz piyadalarıdır. Bütün bu qoşunlar son illərdə fəal şəkildə modernləşdirilib, bu isə onların vəziyyətinə müsbət təsir göstərib.

Amma Amerika jurnalistinin fikrincə, digər növ silahlanmalar və qoşun növləri əvvəlki kimi xidmətə yeni çağırılmış, pis təlim keçmiş əsgərlərə və hələ sovet dövründə istehsal edilmiş maddi bazaya ümid etməli olur. Bu isə, Rusiya ordusunun modernizasiyasının hərtərəfli getməməsi deməkdir.    

Müəllif ötən onilliklərin tarixini xatırladır. Doxsanıncı illərin əvvəllərində Sovet İttifaqının süqutundan dərhal sonra, Rusiyanın müdafiəyə sərf edilən xərcləri tarixi antirekordu vuraraq minimuma endi. Bunun nəticəsi isə müdafiə sənayesinin dağılması və müdafiə qabiliyyətinin kəskin azalması oldu. Sonradan Rusiya hakimiyyəti itirilən imkanları bərpa etmək üçün müxtəlif planlar qurdular.

Doxsanıncı illərin sonunda rəsmi Moskva dəfələrlə silahlı qüvvələrin və sənayenin islahatı barədə arzusunu bəyan etmişdi, amma bu istiqamətdə real addımlar demək olar ki, atılmamışdı. D.Macumdar iki qəzanı bütün bu hadisələrin nəticəsi hesab edir: Çeçenistanda müharibə və 2008-ci ildə Gürcüstanı sülhə təhrik etmə əməliyyatları zamanı Rusiya qoşunlarının yetərincə effektiv olmaması.

O problemlərin əsas səbəblərindən biri maliyyə çatışmazlığı idi. Bundan başqa, amerikalı jurnalistin fikrincə, səbəblərdən biri Rusiya ordusunda yaxşı hazırlığı və yetərli motivasiyası olan əsgərlərin çatışmazlığı idi.

Müəllifin məlumatına əsasən, sovet dövründə hər beşinci bölük döyüş qabiliyyətlilik tələblərinə cavab vermirdi, bu tələblərə yalnız 50-75% cavab verirdi. Təhlükəli zaman və müharibə vəziyyəti üçün ehtiyatda olanların çağırılması nəzərdə tutulurdu, amma şəxsi heyətin sayı üzrə bütün tələblərin yerinə yetirilməsi üçün müəyyən zaman tələb olunurdu.

Sovet sistemi özünü Soyuq müharibə zamanında yaxşı göstərdi. Amma o artıq müasir tələblərə tam cavab verir. Buna misal olaraq D.Macumdar 2008-ci ilin avqust ayının hadisələrini göstərir. O zaman Cənubi Osetiya ərazisində əməliyyatlar üçün qoyulan tapışırıqları yerinə yetirə biləcək bölüklərdən “xüsusi qoşunlar” yığmaq lazım oldu. Beləliklə də, ordunun ümumi sayı asan qələbəyə ümid etməyə imkan versə də, realda əməliyyat bir sıra problemlərlə qarşılaşdı.

“Üç səkkizliyin müharibəsi”ndən sonra Rusiya rəhbərliyi silahlı qüvvələrin islahatları və modernləşdirilməsi haqqında qərar qəbul etdi. Gələcəkdə ordu “yeni model” üzrə quruldu. Amma müəllif qeyd edir ki, silahlı qüvvələrin üçdə ikisi, ilk növbədə quru qoşunları, əvvəlki kimi xidmətə yeni çağırılanlar modelini və sovet dövründə maddi bazanı istifadə edir. Bundan başqa, Suriya əməliyyatında istifadə edilən texnikanın əksəriyyəti, hələ keçən əsrin 70-ci illərində yaradılan nümunələrin modernləşdirilmiş versiyalarıdır.    

Rusiya ordusu zamanla şəxsi heyətin komplektləşdirilməsi üsuluna keçir, amma xidməti çağırışdan tamamilə etiraz etməyə uzun müddət lazım olacaq. “The National Interest” müəllifinin məlumatına görə, hal-hazırda Rusiya quru qoşunlarının yalnız dörddə biri yaxşı təlim keçmiş peşəkar hərbçilər ilə tam olaraq komplektləşdirilib. Bu, müqaviləli hərbçilərdir, onlar Qərb standartlarına müvafiq olaraq təlim keçməsələr də, çevik reaksiya qüvvələrinə aiddirlər.  

Bundan başqa, Rusiya komandanlığı peşəkar hərbçilərin hazırlıq və tədris prosesini köklü şəkildə nəzərdən keçirərək, Qərb metodikalarını nəzərə alıb. Eləcə də bəzi təşkilati xarakterli tədbirlər görülüb. Əsasən, şişirdilmiş rəhbərlik aparatında ixtisar edildi, komandanlıq strukturları sadələşdirildi, eləcə də lojistika optimallaşdırıldı. “Sovet” nümunəsi olan bir sıra birləşmələr, yeni tipli briqadalara çevrildi, bu briqadalar öz konsepsiyalarına görə ABŞ silahlı qüvvələrinin briqadalarına çox bənzəyirlər.

Bununla yanaşı, D.Macumdarın fikrincə, Rusiya ordusunun islahatları öz son məqsədlərinə çatmayıblar. Bundan başqa, onların gələcəkdə realizəsi bəzi problemlərə görə çətinləşəcək. İkinci növbədə bu neftin qiymətinin ucuzlaşması və xarici dövlətlər tərəfindən qoyulan sanksiyalardır.

Müəllif etiraf edir ki, Rusiya silahlı qüvvələri başlıca problemlərindən olan şəxsi heyətin hazırlığı ilə əlaqədar problemi uğurla həll edirlər. Amma bundan sonra müəllif dərhal digər problemə keçir, kontekstdə isə Rusiyanın Sovet İttifaqının yalnız rəngsiz kölgəsi olduğu göstərilir. Bu, müdafiə sənayesidir.

“SSRİ-nin süqutundan sonra müstəqil Rusiya ciddi böhran yaşadı, bu böhranın nəticələrindən biri də müdafiə sənayesinin dağılması və deqradasiyası oldu. İqtisadi və siyasi problemlər ucbatından ölkə zaman itirdi və mühüm istiqamətlərdə geridə qaldı. Məsələn, Rusiya sənayesi Qərb sənayesindən yüksək dəqiqlikli silahlar texnologiyası, aviasiya aparatlarının əlavə blokları və ya fəal fazalı anten barmaqlıqlı radiolokasiya stansiyası sahəsində ciddi şəkildə geridə qalır”, - müəllif yazır.

Bundan başqa, D.Macumdar bu siyahının artırılmasının mümkün olduğunu ehtimal edir.

“Digər zəif bənd gəmiqayırmadır. Müasir Rusiya böyük gəmilər, eləcə də təyyarə daşıyan gəmilər inşa etmək müqəddəratında deyil. Bundan başqa, sənaye köhnəlmiş metodika və texnologiyalardan istifadə edir. Gələcəkdə Rusiya gəmiqayırması öz imkanlarını bərpa edə və özü üçün yeni olan texnologiyaları mənimsəyə bilər, amma buna zaman tələb olunacaq”, - məqalədə qeyd edilir.

“Not So Scary: This Is Why Russia's Military Is a Paper Tiger” məqaləsinin müəllifi, eləcə də müasir hərbi texnikanın alışına qeyri-adi yanaşmanı qeyd edir. Bu yanaşmanın xüsusiyyətləri bəziləri üçün şübhəyə səbəb ola bilər. Məsələn, o, 2020-ci il üçün 2300 “Armata” tankının inşasının reallığına şübhə edir. Hərbi-hava qüvvələrində müqayisədə bir qədər az hərbi təyyarələrin alışı yer alır. “Boutique-sized” sayda Su-30M2, Su-30SM, Su-35S və Su-34 inşa edilir.  

Bu təyyarələrin hamısı Su-27 platformasının daha da inkişaf etmiş forması olsa da, unifikasiyanın aşağı səviyyəsi onların istismarını və xidmətini çətinləşdirə bilər. Miq-29 qırıcısının müxtəlif modifikasiyalarının alınması lojistikada əksini tapır. Bundan başqa, silahlı qüvvələr üçün üç yeni aviasiya texnikasının növünün işlənməsi gedir. Bununla yanaşı, hərbi nazirliyin yeni proqramlar üçün maliyyəni tapa biləcəyi sona qədər aydın deyil.

Hava-kosmik qüvvələrin yenilənməsi mövzusuna toxunan jurnalist yenidən Suriyadakı əməliyyatlara qayıdıb.

O, qeyd edir ki, Rusiya qoşunları düşmənin məhv edilməsində yüksək fəallıq nümayiş etdirir, müasir idarə edilən silahlanmalardan az istifadə edirlər. Bundan başqa, Su-30SM qırıcıları müasir “hava-hava” raketləri ilə kadrda peyda olmayıb. Ola bilər ki, R-77 raketləri kimi müasir silahlar hazırlanıb və seriyaya qoyulub, amma kiçik sayda alınırlar.   

Hərbi-dəniz donanmasının da sualtı qüvvələri istisna olmaqla problemləri mövcuddur. Rusiya donanması ballistik raketlərlə təchiz edilmiş yeni “Barey” növlü gəmilərin istismarına başlayıb. Bundan başqa, çoxhədəfli “Yasen” layihəli gəmilərin tikilməsinə də başlanıb.   

Bu submarinlər həqiqətən düşmən üçün təhlükə daşıyır. Bundan başqa, müəllif sualtı gəmilərin inşasının sürətini qeyd edir. Yalnız keçən il iki strateji və üç çoxhədəfli submarin inşa edilib. Bununla yanaşı, D.Macumdar Rusiyanın uzun müddət ərzində bu templə texnika inşasını apara biləcəyinə şübhə edir. Bu kontekstdə mövcud gəmilərin modernizasiyasını da unutmaq olmaz.

Rusiyanın sualtı donanması potensial düşmən üçün təhlükə daşıdığı halda suüstü gəmilərinin vəziyyəti elə də yaxşı deyil. Modernizasiyaya ehtiyacı olan gəmilər, səfərlərdə çox az olurlar.  

Rusiya HDD (Hərbi dəniz donanması) suüstü qüvvələrinin vəziyyətinə dair ən yaxşı nümunə kimi amerikalı jurnalist, öz sinfinə aid yeganə Rusiya gəmisi olan “Sovet İttifaqı Donanmasının admiralı Kuznetsov” təyyarə daşıyan kreyserini göstərir. Müəllif qeyd edir ki, gəmi gözlənilməyən anda nasazlıqlara məruz qala bilər. Ona görə də kreyser ilə gəmi karvanında həmişə nasazlıq baş verdiyi zaman onu bazaya qaytara biləcək buksir olur.

Buna baxmayaraq D.Macumdar Rusiyanın yeni gəmilər inşa etdiyi ilə mübahisə etmir. Amma hərbi-dəniz donanmasının modernizasiya tempi əvvəlki kimi yetərli deyil.

Məqalənin sonunda “The National Interest” müəllifi etiraf edir ki, Rusiya Sovet İttifaqının süqutundan sonra yaranan böhrandan çıxmaqda böyük uğurlar əldə edib. Amma ordunun və sənayenin bütün imkanlarının bərpa edilməsi üçün 2030-cu ilə və ya bəlkə bir qədər də uzun bir yol keçmək lazım gələcək. Amma bu halda da Rusiya əhalisi və istehsal bazasının ona “Juggernaut” (kor-koranə güc tətbiq edərək maneələri aşan) olmağa imkan verən SSRİ olmayacaq.

Müəllifin fikrincə, bütün islahatlar uğurla başa çatdığı halda Rusiya, ABŞ və onun müttəfiqləri ilə rəqabət apara bilməyəcək. Təbii ki, rəsmi Moskva silahlı qüvvələrin modernizasiyasını aparmaqda davam edəcək. Amma strateji nüvə qüvvələri istisna olmaqla Rusiya hərbi gücü hal-hazırda yalnız illüziyadır. Bu, “kağız pələngdir”.