» » Əfqanıstanda zəlzələ: Onlarla ölü var

Əfqanıstanda zəlzələ: Onlarla ölü var

Əfqanıstanda zəlzələ: Onlarla ölü var

“Bizə daima yeni xəsarət alanları gətirirlər”.

Zəlzələdən sonra yaranan sıxlıqda 12 qız ölüb.

ucarliyiq.biz xəbər verir ki, Reuters-in məlumatına görə, onlar məktəb binasını tərk etmək istəyiblər.

KİV təbii fəlakət nəticəsində çoxsaylı həlak olanlar və yaralıların olması barədə məlumat yayıblar.

“Biz artıq 50 yaralı qəbul etmişik, bizə daima yeni xəsarət alanları gətirirlər. Onlar binanın uçması nəticəsində çoxsaylı xəsarətlər alıblar”, - agentlik Pakistanda Pişəvər xəstəxanasının nümayəndəsinin sözlərindən sitat gətirib.

Əksər ölüm hallarının və xəsarətlərə səbəb məhz tikililərin aşması olub.

Pakistanın Dawn qəzetinin məlumatına görə, Əfqanıstanda və Pakistanda zəlzələnin qurbanı 52 nəfər olub. Nəşr episentrin Kabuldan 254 kilometr şimali-şərqdə Gindukuş dağlarında olması barədə məlumat yayıb.