» » İordaniyada pirotexnika vasitələrinin partlaması nəticəsində 5 nəfər ölüb

İordaniyada pirotexnika vasitələrinin partlaması nəticəsində 5 nəfər ölüb

İordaniyada pirotexnika vasitələrinin partlaması nəticəsində 5 nəfər ölüb

Daha 10 nəfər yaralanıb.

İordaniyada pirotexnika vasitələri ilə dolu iki konteynerin partlaması nəticəsində ən azı beş nəfər ölüb, on nəfər yaralanıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Associated Press agentliyi ölkənin Mülki Müdafiə nazirliyinin nümayəndəsi İyad əl-Amerin bəyanatına istinadən xəbər verir.

Məlumata əsasən, hadisə ölkənin paytaxtı Amman şəhərində gömrük anbarının yaxınlığında baş verib. 

Əl-Amerin sözlərinə görə, yaralıların bir neçəsinin vəziyyəti ağırdır. O həmçinin əlavə edib ki, ölkənin baş naziri və Daxili İşləri naziri artıq hadisə yerindədirlər.