» » Yer kürəsi kosmik zibili qarşılamağa hazırlaşır

Yer kürəsi kosmik zibili qarşılamağa hazırlaşır

Yer kürəsi kosmik zibili qarşılamağa hazırlaşır

Astronomlar onun traektoriyasını hesablayıblar.

Alimlər bu yaxınlarda kəşf edilmiş WT1190F adlı kosmik zibildən danışıblar. O, iki səbəbdən qeyri-adidir: bu, düşmə traektoriyasının hesablanması mümkün olan azsaylı obyektlərdəndir, bundan başqa, o, yerdən çox uzaqda Ay orbitindən kənarda yerləşirdi.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, astronomların ehtimalları və düşmənin monitorinqi barədə Gizmodo məlumat yayıb.

WT1190F ilk dəfə 2015-ci ilin oktyabr ayının əvvəlində kəşf edilib. 2012 və 2013-cü il arxiv müşahidələrinə görə astronomlar onun traektoriyasını hesablaya biliblər.

WT1190F elliptik orbit üzrə hərəkət edir. Obyekt yerə noyabrın 13-də (Bakı vaxtı ilə 8.20-də) Şri-Lanka sahilindən təxminən 65 km uzaqlıqda düşəcək.

Obyektin uzunluğu 1-2 metrdir, aşağı səviyyəli bərkliyə malikdir.

“Bu, kosmik tarixin bizə qayıdan kabusudur”, - astrofizik Conatan Makdauell qeyd edib. Çox güman ki, söhbət istifadə edilən raketin örtüyündən gedir. Bu obyekt kosmosa hələ “Appolon” missiyası dövründə uça bilərdi.

Yerin uzaq orbitlərində WT1190F qəbildən olan 20-yə yaxın obyekt məlumdur. O, yaxın gələcəkdə yerə qayıdan yeganə obyektdir.