» » Türkiyənin məşhur opera sənətçisi vəfat etdi

Türkiyənin məşhur opera sənətçisi vəfat etdi

Türkiyənin məşhur opera sənətçisi vəfat etdi

“Dünən yeni başlayacaq layihəni məşq edirdik, bu gün ürək çatışmazlığından onu itirdik”.

Bakırköy Bələdiyyəsi Leyla Gencer Opera və İncəsənət Mərkəzinin Baş rejissoru, Cemal Reşit Rey Konsert Salonunun (CRR) keçmiş rejissoru Arda Aydoğan Kağıthane Dövlət Xəstəxanasında həyatını itirib.

ucarliyiq.biz xəbər verir ki, acı xəbərin ardınca Mətn Uca Twitter hesabında “Dünən yeni başlayacaq layihəni məşq edirdik, bu gün ürək çatışmazlığından onu itirdik” sözlərini yazıb.

Arda Aydoğan 1963-cü ildə Ankarada doğulub. Memar Sinan Universiteti Dövlət Konservatoriyasının məzunu olub. İstanbul Dövlət Operası, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının və özünün yaratdığı CRR Opera və Orkestrında solisti kimi baş rollarda iştirak edib.

Cemal Reşit Rey Konsert Salonunu qurulmasında iştirak edən sənətçi, 1994-cü ildə CRR Konsert Salonunu direktoru və baş resjisssoru vəzifəsinə təyin edilib. Təxminən 10 il vəzifədə olan Aydoğan 1995-ci ildə CRR Opera Orkestr və Korosunun, 1996-cı ildə CRR Simfonik Orkestrini, 2003-cü ildə CRR Rəqs Teatrını qurub və hər birinin baş rejissorluğunu edib.