» » Dubay polisi şəhərin bədbəxt sakinlərinə zəng edəcək

Dubay polisi şəhərin bədbəxt sakinlərinə zəng edəcək

Dubay polisi şəhərin bədbəxt sakinlərinə zəng edəcək

“Siz Dubayda xoşbəxtsinizmi?”.

Dubay polisi xoşbəxt olmadıqlarını etiraf edən şəhər sakinlərinə zəng edərək, bunun səbəbi ilə maraqlana bilərlər, The Independent məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, Dubayın 2012-ci ildə dünyanın ən xoşbəxt şəhərləri siyahısına daxil olmasına yardım üçün şəhərdə ictimai SMS-sorğu keçirilir.

Şəhər sakinlərinə ingilis və ərəb dillərində: “Siz Dubayda xoşbəxtsinizmi?” sualı ilə ismarıc göndərilir.

Cavab variantları kimi təbəssüm, narazı və ya laqeyd simalı “smaylik”ləri seçmək təklif edilir. Asayiş keşikçilərinin sözlərinə görə, ilk gün 200 mindən çox cavab alıblar. Sorğuda iştirak edənlərin 84 faizi xoşbəxt olduqlarını, 6 faizi bitərəf cavabı, 10 faizi isə xoşbəxt olmadıqlarını bildiriblər.

“Əgər bu sual bizim səlahiyyətimizə daxildirsə həll edəcəyik, əgər yox, o zaman onu müvafiq instansiyaya yönləndirəcəyik”, Dubayda polis rəisi Hamis Mattar əl-Mazeyna bəyan edib və qeyd edib ki, asayiş keşikçiləri şəxsi məsələlərin həllində yardım etməyəcək.

2015-ci ildə BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) World Happiness Report reytinqində digər ərəb ölkələrini geridə qoyaraq 158 yer içərisində 20-ci yeri tutub.

Bununla yanaşı, əmirliklərdə 2021-ci ildə - dövlətin 50 illiyində - dünyanın ən xoşbəxt ölkələri onluğuna daxil olmağa ümid edirlər.