» » Səudiyyə şahzadəsini seksual təcavüzə görə mühakimə edəcəklər

Səudiyyə şahzadəsini seksual təcavüzə görə mühakimə edəcəklər

Səudiyyə şahzadəsini seksual təcavüzə görə mühakimə edəcəklər

Şahzadə onları bir müddət əsirlikdə saxlayıb.

Kaliforniyadan olan üç xanım Səudiyyə şahzadəsi Məcid Abduləziz əl-Səudu seksual təcavüzdə ittiham etmək istəyiblər, New York Daily News nəşri məlumat yayıb.

ucarliyiq.biz gazeta.ru-ya istinadən xəbər verir ki, vəkil 29 yaşlı şahzadəyə qarşı adları gizlin saxlanılan üç qadının adından ittiham irəli sürüb.

Qadınlar iddia edirlər ki, şahzadə onları bir müddət öz malikanəsində əsir saxlayıb, lüt gəzməyə məcbur edib və onlara təcavüz edib.

“Sən mənim xoşuma gəlirsən, sabah mənim evimdə qonaqlıq olacaq və sən mənim bütün istədiklərimi yerinə yetirəcəksən, yoxsa səni öldürəcəm”, - şahzadə zərərçəkənlərdən birinə deyib.

İkinci qurban da Məcid Abduləziz əl-Səudun ona təcavüz etdiyini etiraf edib, bunlara son qoymaq xahişinə isə aqressiya ilə cavab verib.

“Sən qadın deyilsən! Sən heç kimsən! Mən şahzadəyəm, mən istədiyim hər şeyi edəcəm. Və heç kim mənə heç nə edə bilməz”, - Səudiyyə şahzadəsi bəyan edib.

Qadınlar eyvandan tullanaraq malikanədən qaçmaq istəyiblər, amma xəsarət alacaqlarından qorxublar. Onlar evdə bir neçə gün keçirməli olublar, bu müddət ərzində şahzadə əyləncələr təşkil edir və kokaindən istifadə edib. 

“Əl-Səud sərxoş, aqressiv idi və daima qışqırırdı. Onun gözləri qəzəblə dolu idi”,- məhkəmə çıxarışında yazılıb.

Polislər malikanəyə gələndə şahzadə: “Heç bir xəbər olmayacaq!” deyə qışqırıb.

Hal-hazırda Məcid Abduləziz əl-Səuda qarşı seksual təcavüz, bilərəkdən mənəvi zərər və qanunsuz azadlıqdan məhrum etmə üzrə ittiham irəli sürülüb.

Bundan əvvəl şahzadə sentyabrda seksual zorakılığa cəhd üzrə saxlanılıb, amma sonradan zaminə buraxılıb.