» » Türkiyə “Qazprom”u məhkəməyə verir

Türkiyə “Qazprom”u məhkəməyə verir

Türkiyə “Qazprom”u məhkəməyə verir

“İddianın arbitraj məhkəməsinə verilməsi variantlardan biridir”.

Rusiya qazının ikinci iri alıcısı olan Türkiyə yanacağın tədarükü üzrə müqavilənin şərtlərinə yenidən baxılmasına dair iddianı arbitraj məhkəməsinə təqdim edib.

ucarliyiq.biz interfax.ru-ya istinadən xəbər verir ki, türk dövlət neft inhisarçısı Botaş-dan verilən məlumata əsasən, söhbət 2014-cü il 29 dekabr tarixli müqavilənin retroaktiv nəzərdən keçirilməsindən gedir. İddia barədə yazılı bildiriş “Qazprom eksport”a bazar ertəsi göndərilib.

“İddianın arbitraj məhkəməsinə verilməsi müqavilədə nəzərdə tutulan variantlardan biridir. Bu, normaldır. Mübahisənin məhkəməyə qədər həlli, eləcə də arbitraj üzrə qərar qəbul edilməsi imkanı da mövcuddur”, - “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə bildirib.

Rusiya və Türkiyə Rusiya qazının qiymətinin ucuzlaşdırılması barədə hələ bir il öncə razılığa gəliblər, amma bu razılaşma “Türk axını”nın inşaatı ilə əlaqədar idi. Türkiyədə hakimiyyət dəyişikliyi ilə əlaqədar qaz kəmərinin inşaatı üzrə hökumətlərarası razılaşmanın imzalanması təxirə salındı, endirim barədə də sənədlər imzalanmayıb.