» » Rusiya kosmonavtlarının Aya enişinin vaxtı açıqlandı

Rusiya kosmonavtlarının Aya enişinin vaxtı açıqlandı

Rusiya kosmonavtlarının Aya enişinin vaxtı açıqlandı

Yeni kosmik gəmidə uçuşların başlaması planlaşdırılır.

Rusiya kosmonavtlarının uçuşu və Aya enişi 2029-cu ilə planlaşdırılır.

ucarliyiq.biz ria.ru-ya istinadən xəbər verir ki, bu barədə “Energiya” Raket kosmik korporasiyasının rəhbəri Vladimir Solntsev bəyan edib.  

“2029-cu il – insanın Aya uçuşu və ora enişi ilidir”, - Solntsev çərşənbə axşamı Moskvada kosmik texnologiyalar üzrə konfransda bildirib.

Solntsev qeyd edib ki, 2021-ci ildə kompozit materiallardan hazırlanmış və Aya uçuşlar üçün təyin edilmiş yeni kosmik gəmidə uçuşlar planlaşdırılır, 2023-cü ildə bu gəminin beynəlxalq kosmik stansiya ilə təması, 2025-ci ildə isə Aya müstəqil uçuş və ora kosmonavtların göndərilməsi ilə əlaqədar texnologiyaların işlənməsi nəzərdə tutulub.  

Daha öncə kosmonavtların Aya enişinin 2033-2034-cü illərdən öncə mümkün olmadığı, müvafiq kompleksin sınaqlarının isə 2029-2030-cu illərdə planlaşdırılması barədə məlumat yayılmışdı.