» » Putin MDB xüsusi xidmətlərinin rəhbərləri ilə görüşəcək

Putin MDB xüsusi xidmətlərinin rəhbərləri ilə görüşəcək

Putin MDB xüsusi xidmətlərinin rəhbərləri ilə görüşəcək

Görüş çərçivəsində Suriyadakı vəziyyət müzakirə ediləcək.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü MDB xüsusi xidmətlərinin rəhbərləri heyətini qəbul edəcək, onlarla Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

ucarliyiq.biz ria.ru-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

“Putin MDB-yə üzv olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Moskvada keçiriləcək 39-cu iclasında iştirak edən heyətlərinin rəhbərlərini qəbul edəcək”, - məlumatda deyilib.

Mətbuat xidmətində dəqiqləşdiriblər ki, görüş zamanı MDB ölkələri ərazisində terror əleyhinə fəaliyyətin əsas aspektləri və Suriya, eləcə də Əfqanıstanda təlimlər keçmiş terror təşkilatı və qruplaşmalara qarşıdurma məsələləri müzakirə ediləcək.