» » Saratovun araq daşıyan yük maşınının aşdığı kəndi bir həftədir bayram edir

Saratovun araq daşıyan yük maşınının aşdığı kəndi bir həftədir bayram edir

Saratovun araq daşıyan yük maşınının aşdığı kəndi bir həftədir bayram edir

Yerli sakinlər yükü dərhal daşıyıblar.

Rusiyada bir həftə öncə 20 min araq şüşəsi olan yük maşınının aşdığı Saratov vilayətinin Maloye Perekopnoe kəndində sona çatmayan bayram davam edir, rosbalt.ru məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, yerli sakinlər bu “xoş” hadisədən xəbər tutan və onlara qonaq gələn qohumlarını qəbul edirlər.

Xəbər verildiyi kimi bir həftə öncə M10 federal yolda araq şüşələri ilə yüklənmiş maşın aşıb, qəzaya baxmayaraq şüşələrin əksəriyyəti salamat qalıb. Yük maşınının sürücüsü hadisə yerindən qaçıb, yerli sakinlər yükü daşımağa başlayıblar.

O gündən etibarən kənddə gün boyu içki içirlər. Aşmış yük maşını barədə xəbər yayılan kimi Maloye Perekopnoe kəndinə yerli sakinlərin uzaq qohumları və tanışları axışmağa başlayıb.