» » Rusiya və Azərbaycan kosmik əməkdaşlığa hazırdırlar

Rusiya və Azərbaycan kosmik əməkdaşlığa hazırdırlar

Rusiya və Azərbaycan kosmik əməkdaşlığa hazırdırlar

Azərbaycan öz kosmik proqramını uğurla həyata keçirir.

MDB ölkələri Kosmik Tədqiqatlar İnstitutunun yaradılması haqqında protokol imzalayıblar, runews24.ru məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, protokolun müddəaları arasında yalnız kosmosun müştərək tədqiqi deyil, eləcə də fövqəladə halların kosmik monitorinqi və kənd təsərrüfatı təyinatlı torpaqlara birgə peyk nəzarəti də daxildir. Bundan başqa, tərəflər bütün MDB ərazisində Qlobal naviqasiya peyk sisteminin (QNPS) yaradılması qərarına gəliblər.

QNPS-nin inteqrasiyası bütün nəqliyyat sistemləri üzrə yüklərin transportirovkası ilə bağlı xərclərin ixtisarına imkan yaradacaq və bütün nəqliyyat növlərində hərəkətin təhlükəsizlik səviyyəsinin yüksəlməsinə gətirib çıxaracaq.  

Ekspertlərin qeyd etdiyi kimi, bütün MDB ölkələrinin bir-biri ilə bölüşməyə nəyi isə var. Məsələn, Azərbaycan öz kosmik proqramını uğurla həyata keçirir. Sürətlə inkişaf edən ölkə kosmik industriyada öz yerini tutmağa çalışır.

2013-cü ildə “Azerspace-1” peyki buraxılıb. İndi ikinci peyk tikilir, bu peyk orbitə 2017-ci ildə buraxılacaq. Onun təyinatı rəqəmsal teleradio yayımının, internetə girişi, məlumatın ötürülməsi, VSAT multiservislər şəbəkəsinin yaradılması və s. xidmətlərin göstərilməsidir.

Rusiya-Azərbaycan dostluğu mərkəzinin direktor müavini Denis Yakimenkonun sözlərinə görə, bu, ölkənin inkişafı üçün mühüm əhəmiyyət daşıyacaq.

“Azərbaycanın şəxsi telekommunikasiya peyklərinin olması yalnız müvafiq xidmətlərin ucuzlaşması deyil, eləcə də internet-texnologiyaların yardımı ilə daha geniş ərazinin əhatə olunmasına imkan yaradır, bu isə innovasiya iqtisadiyyatının inkişafı üçün labüddür”, - Yakimenko deyib.

Rusiya iri kosmik dövlətlərdən biri kimi, Azərbaycana bu məsələlərin həllində ciddi yardım edə bilər.