» » Pentaqon: Rusiyaya bizə mane olmağa izin verməyəcəyik

Pentaqon: Rusiyaya bizə mane olmağa izin verməyəcəyik

Pentaqon: Rusiyaya bizə mane olmağa izin verməyəcəyik

“Biz Rusiya ilə əməkdaşlıq etmirik”.

Amerika hərbçiləri Suriyada beynəlxalq koalisiyanın əməliyyatlarına Rusiyanın mane olmasına izin verməyəcəklər, bu barədə bu gün ABŞ müdafiə naziri Eşton Karter bəyan edib.

“Biz Rusiya ilə əməkdaşlıq etmirik və ona koalisiyanın kursuna mane olmağa izin verməyəcəyik”, - o, Senatda bildirib.

Karter həmçinin, Vaşinqtonun “İslam dövləti”nə (İŞİD) qarşı öz hava kampaniyasını gücləndirəcəyini vəd edib.

“Biz İŞİD-ə qarşı hava kampaniyamızı gücləndirməyə ümid edirik”, - o, deyib.

Karterin sözlərinə görə, söhbət, ABŞ və Beynəlxalq koalisiyanın əlavə hərbi təyyarələrinin iştirakından, eləcə də bombardmanların sayı və gücündən gedir.