» » Putin daxili neft ticarətində dollardan imtina etmək barədə göstəriş verdi

Putin daxili neft ticarətində dollardan imtina etmək barədə göstəriş verdi

Putin daxili neft ticarətində dollardan imtina etmək barədə göstəriş verdi

“Nəzarət orqanları hara baxır axı?”.

Rusiya prezidenti Vladimir Putin neft ilə ticarət əməliyyatları zamanı xarici valyutadan imtina etməyi tapşırıb.

ucarliyiq.biz tass.ru-ya istinadən xəbər verir, bu barədə dövlət başçısı yanacaq-energetik kompleksinin (YEK) inkişafı üzrə komissiyanın iclasında bəyan edib.

Putin vurğulayıb ki, belə hesablaşmaların qanunla qadağan edilib, amma təcrübədə “neftin və neft məhsullarının Rusiyanın Novorossiysk, Taman, Ust-Luqa, Kozmino, Primorsk və digər limanlarında daşınması, ya birbaşa olaraq ABŞ dollarında müəyyən edilir, və ya onlayn sistemdə ABŞ dolları ilə göstərilir”.

“Mən başa düşmürəm, nəzarət orqanları hara baxır axı?”, - prezident sual verib.

O, qeyd edib ki, digər ölkələr ilə hesablaşmalarda, o cümlədən də YEK malları ilə ticarətdə rublun rolunu artırmaq lazımdır.

Martın 30-da Türkiyənin iqtisadiyyat nazirinin müavini Yıldırım Adnan qeyd etmişdi ki, Rusiya ilə iri investisiya layihələrində hesablaşmalar rubl və lirəyə çevrilə bilər.

Misirin turizm üzrə nazirliyi fevral ayının 18-də Rusiya ilə qarşılıqlı hesablaşmalarda rublun tətbiqini təsdiqləyib.

Bundan başqa, ötən ilin oktyabrında RF (Rusiya Federasiyası) və KXDR (Koreya Xalq Demokratik Respublikası) qarşılıqlı ticarətdə rubla keçiblər.