» » General: Terrorçuları Suriyadan çıxardırlar

General: Terrorçuları Suriyadan çıxardırlar

General: Terrorçuları Suriyadan çıxardırlar

Onlar koalisiyanın tərkibində döyüşürlər.

İŞİD terror qruplaşmasının 500 yaraqlısı Suriyadan Türkiyəyə, oradan isə hüsilərlə mübarizə üçün təyyarələrlə Yəmənə göndərilib.

RİA Novosti-nin xəbərinə görə, bu barədə Suriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əli Məyxub kəşfiyyat mənbələrinə istinadən məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 26-da Ədən şəhərinə Türkiyədən - ikisi Türk, biri Qətər, biri isə BƏƏ-nin Hava Yollarına məxsus - dörd təyyarə gəlib.

“Yaraqlıları Səudiyyə Ərəbistanının zabitləri qarşılayaraq aeorportdan çıxardıblar. Döyüşçülərin bir qrupu Məndəb vilayətindəki Əl-Bab şəhərinə, digəri - Maarib, üçüncü qrup isə Səudiyyə Ərəbistanının Cazan və Əsir vilayətlərinə göndərilib”, - suriyalı general bildirib.

O qeyd edib ki, terrorçular koalisiyanın tərkibində hüsilərə qarşı əməliyyatlarda iştirak edəcəklər.