» » ABŞ İranı Suriyaya dair beynəlxalq danışıqlara dəvət etdi

ABŞ İranı Suriyaya dair beynəlxalq danışıqlara dəvət etdi

ABŞ İranı Suriyaya dair beynəlxalq danışıqlara dəvət etdi

“Düşünürəm ki, razılaşmanın əldə edilməsi üçün potensial mövcuddur”.

Çərşənbə axşamı ABŞ rəsmiləri İranın ilk dəfə Suriya böhranının siyasi nizamlanmasının perspektivlərinə həsr edilmiş beynəlxalq konfransa dəvət aldığını bildiriblər. Görüş Vyanada keçiriləcək.

ucarliyiq.biz xarici KİV-ə istinadən xəbər verir ki, bu öz Yaxın Şərq tərəfdaşları ilə İranın Suriya böhranının nizamlanmasında iştirakına razılaşmayan, İranın məqsədinin Bəşər Əsədin mövqeyinin möhkəmləndirilməsini hesab edən Ağ Evin mövqeyinin dəyişməsini göstərir.

Eyni zamanda, Barak Obama administrasiyasının nümayəndələri, ABŞ-ın daha Əsədin hakimiyyətdən təcili uzaqlaşdırılmasına inad etmədiklərini bildiriblər.

“Koalisiya üzrə bizim və tərəfdaşlarımızın görüşləri Suriya hökumətini, rusiyalıların və iranlıların görüşlərindən kəskin şəkildə fərqlənir, amma mən düşünürəm ki, Suriyada siyasi dəyişikliklər üçün potensial mövcuddur, bu dəyişikliklər Əsədin hakimiyyətdə olduğu dövrdə başlaya bilər. Amma bu dəyişikliklərin sonunda o, orada olmayacaq”,- prezident Obamanın milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bəyan edib

The Wall Street Journal qəzetinin yazdığı kimi Vaşinqtonun bu qərarı “keçən ay Əsədi dəstəkləmək məqsədi ilə keçirilən müştərək hərbi əməliyyatların nəticəsində artan Rusiya və İranın nüfuzunu” əks etdirir.

İranın dəvəti qəbul edib-etməyəcəyi hələ məlum deyil, belə ki, ölkənin ali lideri Ayətulla Xameneyi İran rəsmi simalarına Birləşmiş Ştatlar ilə İranın nüvə proqramının taleyi istisna olmaqla başqa məsələlər barədə danışmağı qadağan edib.

Oktyabrın 29-da Vyanada keçiriləcək görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya, BƏƏ-nin XİN rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Görüşdə Suriyadakı böhranın siyasi nizamlanmasının müzakirəsi gözlənilir.