» » Mənsimovun xanımı təqib edildi

Mənsimovun xanımı təqib edildi

Mənsimovun xanımı təqib edildi

İşə polis qarışdı, məhkəmə prosesi başladıldı.

Dünyaca məşhur “Forbes” jurnalının ən zənginləri siyahısında yer alan Türkiyə vətəndaşı, azərbaycanlı iş adamı Mübariz Mənsimovun həyat yoldaşı Tamara xanımı təqib edərək dinclik və sakitliyini pozan iki şəxs haqqında məhkəmə prosesi başlanılıb.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadla xəbər verir ki, Tamara  xanım cari ilin iyun ayının 16-da övladları ilə birlikdə gəzinti zamanı təqib edildiyini anlayaraq vəziyyəti polisə bildirib.

Polis hadisə ilə əlaqədar Tarık S. və Hakan B.-nin ifadələrini alıb.

Hər iki şəxs haqqında “insanların dinclik və sakitliyini” pozma cəzası ilə məhkəmə prosesi başlanılıb.

Qeyd edək ki, iki il əvvəl Tamara xanım həyat yoldaşı Qurban Mənsimova qarşı 3 milyard dollarlıq boşanma davası açmışdı. Lakin Azərbaycan və Türkiyə mətbuatında cütlüyün rəsmi şəkildə boşanması barədə dəqiq məlumat yoxdur.